Reklamla pul qazanan blogerlərin gözü yaşlı

Hökumət sosial mediada reklam fəaliyyətini nəzarətə götürdü: bəzi blogerlər üçün qızıl dövr bitdi. Blogerlərin bazar payı nə qədərdir, yeni qanunun tətbiqində blogerlər və sosial media üçün risklər varmı? Reklam haqqında qanuna dəyişikliklər təsdiqlənib. Artıq sosial mediada reklamla məşğul olan influenserlər və blogerlər – rəqəmsal platforma təsirçiləri (RPT) üçün yeni tələblər müəyyən edilib.

“Bloger reklam paylaşımında mütləq açıq şəkildə “reklam” və ya “sponsorluq” sözünü qeyd etməli, VÖEN-lə fəaliyyət göstərməli, istifadə etmədiyi məhsulu istifadə etdiyi kimi açıqlamamalı, sifarişçi haqqında məlumatlar verməli və lisenziya tələb edən məhsulların reklamı üçün müvafiq sənədləri paylaşmalıdır və s.

Ümumiyyətlə isə, qiymətlər təxminən bir paylaşım üçün 50 manatdan başlayır. Bir kampaniya üçün ortalama 500-1500 manat, hətta 10-15 min manat alan blogerlər də var.

Əksəriyyət isə elə də böyük pullar qazanmır. Yeri gəlmişkən, həmin bu 10 milyon əvvəllər TV-lərə çatırdı. İndi rəqəmsal bazar bunu TV-lərin əlindən alıb. Bu rəqəm getdikcə artacaq.

Qanunun tətbiqində yol verilən aşırı addımlar bu kiçik biznes üçün, yeni bloger və influenserlər üçün çətinlik yarada, yenicə auditoriya toplayan gənclər üçün tormozlayıcı faktora çevrilə, sosial medianın özünün inkişafı ilə bağlı problemlər yarana bilər. Yəni sosial media məhz müxtəlif fikirliliyə, rəngarəngliyə, hər bir istifadəçinin yaratdığı kontentin fərqliliyinə görə maraqlıdır”.

Osman Gündüz

Gununsesi.info