
Bu gün Azərbaycan Premyer Liqasında 11-ci tura start verilib.
Gununsesi.info xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Qərb derbisində “Turan Tovuz” “Kəpəz”i qəbul edib və çətin qələbəyə sevinib.
Bu turun “Araz-Naxçıvan” – “Zirə” və “Səbail” – “Sumqayıt” görüşləri sabah keçiriləcəksə, “Sabah” – “Neftçi” və “Qarabağ” – “Şamaxı” görüşləri ayın 27-nə təsadüf edəcək.
Azərbaycan Premyer Liqası
11-ci tur
25 oktyabr
“Turan Tovuz” – “Kəpəz” 2:1
Qollar: Veysəl Rzayev, 15. Emmanuel Hakman, 90+3 – Luis Paçu, 76-pen.
Tovuz şəhər stadionu. 19:00.
Gununsesi.info