Seyfəlidə yararsız döyüş sursatları məhv ediləcək

  • By Günel
  • 27 Oktyabr 2024 13:36

Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla planlı şəkildə məhv edilməsi davam etdirilir.

Bu barədə Gununsesi.info – ya Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən məlumat verilib.

“Döyüş sursatlarının məhv edilməsi prosesi 28.10.2024-cü il tarixdən 01.11.2024-cü il tarixədək Seyfəli poliqonunda həyata keçiriləcək.

Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi olaraq məlumat veriləcək”, – deyə məlumatda qeyd edilib.

Gununsesi.info