Mahir Emreli Almaniyada daha bir qol vurdu - VİDEO

  • By Günel
  • 25 Oktyabr 2024 22:37

Azərbacan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi “Nurnberq” Almaniya ikinci Bundesliqasının hesabat turunda növbəti matçında çıxıb.

Gununsesi.info xəbər verir ki, Nurnberq təmsilçisi doğma azarkeşləri önündə “Reqensburq”u qəbul edib və rəqibini 8:3 hesabı ilə məğlub yola salıb.

Mahir Emreli isə qarşılaşmanın 23-cü dəqiqəsində qol vuraraq adını tabloya yazdırıb.

Bu qələbədən sonra xallarının sayını 16-ya yüksəldən “Nurnberq” turnir cədvəlində 7-ci pilləsinə qalxıb.

Qeyd edək ki, M.Emreli ötən tur da “Qroyter”lə matçda fərqlənmişdi.

Gununsesi.info