Onlar barışmalıdırlar: – Kobaxidze

  • By Günel
  • 27 Oktyabr 2024 13:18

Müxalifət partiyalarının seçkinin tanımamalarıyla bağlı bəyanatlarıına baxmayaraq, parlamentin ilk iclası ənənəvi qaydada keçiriləcək.

Gununsesi.info xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Kobaxidze deyib.

“Müxalifətin ləyaqəti çatmadı ki, növbəti məğlubiyyətlə barışsın. Onlar 9-cu dəfə məğlubiyyətə düçar oldular.

Konstitusiyaya düzəlişi mübahisələndirməyə edilən istənilən cəhd qəbuledilməzdir. Növbəti dəfə xatırladıram ki, bəzi QHT-lər siyasi, radikal partiyalarla birgə konstitusion nizama qarşı 4 ildə 3-cü dəfə qarşı çıxdılar. Əlbəttə, bu, tamamilə zəif cəhddir”, – o bildirib.

Gununsesi.info