
Avropa İttifaqı (Aİ) ölkələrindən Ukraynaya hərbi yardımın ümumi həcmi 110 milyard avroya çatıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel bildirib.
“İqtisadi və maliyyə yardımını hesablasaq, bu, artıq 110 milyard avroya çatıb, yəni ABŞ-ın verdiyindən çoxdur”– deyə Borell vurğulayıb.
Borrelin sözlərinə görə, Kiyevin hərbi ehtiyacları üçün ayrılan vəsaitin həcmi 42 milyard avro təşkil edir.
O, qeyd edib ki, 2024-cü ilin sonuna bu rəqəm 45 mlrda çatacaq.
Bundan əvvəl ABŞ-ın keçmiş prezidenti və dövlət başçısı vəzifəsinə namizəd Donald Tramp Ukraynaya xarici yardımın həcminin təxminən 300 milyard dollar təşkil etdiyini bildirmişdi.
Lakin siyasətçi qiymətləndirməsinin nəyə əsaslandığını dəqiqləşdirməyib.
Şəbnəm