Ölkədən çıxışı qadağan edilən 489 nəfər sərhəddə yaxalanıb

Ötən ay ərzində dövlət sərhədində cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində hüquq-mühafizə оrqanları tərəfindən axtarışda оlan 319 nəfər saxlanılaraq aidiyyəti оrqanlara təhvil vеrilib.

Bu barədə Gununsesi.info -ya Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Bildirilib ki, ölkədən çıxışı qadağan edilmiş 489 nəfərin ölkəni tərk etməsinin, girişi qadağan olan 9 nəfərin isə ölkəyə daxil olmasının qarşısı alınıb.

 

 

 

Gununsesi.info