
“Mən dünya arenalarında dəfələrlə Azərbaycan bayrağı ilə çıxış etmişəm. Dünyanın bir çox böyük dövlətlərində olmuşam. Ancaq Qarabağ səfəri mənə xüsusi təsir bağışladı”.
Gununsesi.info xəbər verir ki, bunu azad edilmiş ərazilərə səfər edən kikboksinq üzrə 7 qat dünya çempionu, Gürcüstanda yaşayan azərbaycanlı Alim Nəbiyev deyib.
O, Qarabağda, Xankəndidə olmaqdan çox qürur duyduğunu deyib, Qarabağda idmanın inkişaf etməsini arzulayıb: “Arzu edirəm ki, burada çoxlu idmançılar yetişsin. Azərbaycanı dünyaya tanıtsınlar. Onların yetişməsində mən də əlimdən gələn dəstəyi göstərməyə hazıram”.
O, Qarabağa növbəti dəfə ailə üzvləri ilə səfər edəcəyini də bildirib.
Qeyd edək ki, Alim Nəbiyev dəfələrlə beynəlxalq idman yarışlarının iştirakçısı və qalibi olub. O, Azərbaycan bayrağı ilə idman yarışlarına qatılıb. (APA)