
Bu gün Zəngilanda Şəhər Günü qeyd olunur.
Gununsesi.info xəbər verir ki, rayonun işğaldan azad edilməsindən 4 il ötür.
Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum əməliyyatı nəticəsində Zəngilan şəhəri erməni işğalından azad edilib. Ordumuzun Zəngilanın yaşayış məntəqələrini işğaldan azad etməyə başlaması barədə xəbəri Prezident İlham Əliyev xalqa müraciətində bəyan edib.
Qeyd edək ki, Azərbaycanda “Zəngilanın azad olunmasına görə” medalı təsis olunub. Bundan başqa, Prezident İlham Əliyevin imzaladığı sərəncamla Azərbaycanın işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib. Hər ilin bu günü Zəngilan Şəhəri Günü kimi qeyd olunur.