
Birləşmiş Ştatlar Rusiyanın dondurulmuş aktivlərindən əldə etdiyi mənfəətin ödənilməsi ilə Yeddilik Qrupu (G7) ölkələrinin krediti çərçivəsində Ukraynaya 20 milyard dollara qədər vəsait verməyə hazırdır.
Gununsesi.info xəbər verir ki, bu barədə “Financial Times” qəzeti amerikalı rəsmilərə istinadən yazıb.
Mənbələrin bildirdiyinə görə, Macarıstanın baş naziri Viktor Orbanın Rusiya aktivlərinin dondurulmasının altı aydan 36 aya qədər uzadılması təklifinə qoyduğu vetoya baxmayaraq, ABŞ lazımi yardımı göstərəcək.
Bundan əvvəl ABŞ və Avropa İttifaqı arasında Rusiyanın aktivləri hesabına Ukraynaya yardım haqqında sazişdən məlum olub.
“Bloomberg” yazır ki, Vaşinqton və Aİ Rusiyanın aktivləri hesabına Kiyevə 50 milyard dollarlıq dəstək haqqında razılaşmaya yaxındır.
Şəbnəm