Rusiyada general saxlanıldı - FOTO

  • By Günel
  • 07 İyul 2025 20:06

Rusiya Milli Qvardiyası (Rosqvardiya) direktorunun keçmiş birinci müavini, general-polkovnik Viktor Striqunov saxlanılıb.

Gununsesi.info bu barədə TASS-a istinadən xəbər verir.

O, vəzifə səlahiyyətlərindən sui-istifadəyə dair cinayət işi çərçivəsində məsuliyyətə cəlb edilib.

Qeyd edilir ki, Striqunov Sibir dairəsində poliqon tikintisi zamanı səlahiyyətlərindən sui-istifadə edib.

O, rüşvətxorluqda da ittiham olunur. 2012-2014-cü illərdə Striqunovun tikinti işləri üçün milyonlarla dollarlıq dövlət müqavilələrinin icrası zamanı ümumi himayədarlıq üçün kommersiya təşkilatlarının nümayəndələrindən 66 milyon rubldan çox (1.4 milyon manat – red.) rüşvət aldığı bildirilir.

Striqunov Moskva şəhərində saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.

Rusiyada general saxlanıldı