Rusiyada kafeyə qumbara atılıb - Ölən və yaralananlar var - Yenilənib

  • By Günel
  • 07 İyul 2025 20:28

Ryazandakı “Malina” ticarət mərkəzində baş verən partlayış nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.

Gununsesi.info xəbər verir ki, dörd nəfərin vəziyyəti orta ağır qiymətləndirilir.

Partlayışa səbəb kimi “Game Loft lounge” barına gələn ziyarətçinin qumbara ilə ehtiyatsız davranması göstərilir.

***

Rusiyanın Ryazan vilayətində kafedə partlayış baş verib.

Gununsesi.info xəbər verir ki, bu haqda TASS məlumat yayıb.

“Partlayış Sobornaya küçəsindəki kafedə baş verib. Nəticədə bir nəfər ölüb, üç nəfər xəsarət alıb. Yaralılardan ikisi xəstəxanaya yerləşdirilib”, – agentliyin mənbəsi bildirib.

İlkin məlumata görə, kafeyə qumbara atılıb.

Gununsesi.info