
ABŞ prezidenti Donald Tramp Kanada mallarına 35 faizlik gömrük rüsumunu elan edərək, “Bu tariflər ölkənizlə münasibətimizdən asılı olaraq yuxarı və ya aşağı salına bilər” deyib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, ABŞ prezidenti Tramp, qüvvəyə minəcək çoxsaylı ölkələrə qarşı elan etdiyi 1 avqust gömrük tarifləri öncəsi daha əvvəl “51-ci dövlət” olmaq istədiyi Kanadanı təhdid etdi .
Tramp avqustun 1-dən etibarən Kanada məhsullarına sektor tariflərindən ayrı olaraq 35 faizlik tarifə tabe olacağını açıqlayıb.
Kanadaya yönəlmiş tarif məktubunu sosial media hesabında paylaşan və bunun ABŞ-yə qarşı qisas almasına baxmayaraq, Kanada ilə işləməyə davam edəcəklərinin göstəricisi olduğunu söyləyən Donald Tramp, fentanil böhranı ilə mübarizə üçün bu ölkəyə gömrük vergisi tətbiq etdiklərini müdafiə etdi.
“Əgər hər hansı səbəbdən tariflərinizi artırmaq qərarına gəlsəniz, onları hansı faizlə qaldırmağınızdan asılı olmayaraq, bizim tətbiq etdiyimiz 35% tariflərə əlavə olunacaq”, – deyə Tramp bildirib.
Tramp davam etdi: “Ticarət kəsiri iqtisadiyyatımız və hətta milli təhlükəsizliyimiz üçün böyük təhlükədir. Kanada fentanil axını dayandırmaq üçün mənimlə işləyirsə, bəlkə də bu məktuba düzəliş etməyi düşünə bilərik. Bu tariflər ölkənizlə münasibətimizdən asılı olaraq yuxarı və ya aşağıya doğru dəyişilə bilər”.
Orxan