
Ötən gün Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasında hərbçi özünü güllələyib.
Gununsesi.info xəbər verir ki, bu barədə məlumatı erməni mediası yayıb.
Bildirilib ki, 2002-ci il təvəllüdlü Aleksey G. başından güllə yarası alıb. O, xəstəxanaya yerləşdirilib və əməliyyat olunub.
Rusiyalı hərbçi hazırda reanimasiyada komadadır, vəziyyəti ağırdır.