
1863-cü ilin bu günü Anri Dünan Beynəlxalq Qızıl Xaç hərəkatının əsasını qoydu.
Bəs bu gün başqa hansı hadisələr baş verib?
Gununsesi.info 29 oktyabrda baş verən hadisələri təqdim edir:
1.1922 — İtaliya kralı III Viktor Emmanuel Benito Mussolinini hökumət başçısı təyin etdi.
2.1923 — Türkiyə Cümhuriyyəti elan edildi və Mustafa Kamal Atatürk onun ilk prezidenti seçildi.
3.1929 — Nyu-York fond birjasının iflasa uğraması ilə ABŞ-da iqtisadi böhran başladı.
4.1955 — Sevastopolda sovet “Novorossiysk” linkorunun batması nəticəsində 604 nəfər həlak oldu.
5.1956 — Süveyş böhranı zamanı İsrail ordusu Misir sərhədini keçərək Sinay yarımadasını işğal etdi.
6.2015 — Çində 1979-cu ildən tətbiq edilən tək uşaq siyasəti ləğv edildi.
Orxan Saffari