
Hindistanda Airbus SE ilə birlikdə C-295 hərbi-nəqliyyat təyyarələrinin istehsalı üzrə ilk özəl zavod açılıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.
Qucaratdakı yeni zavod Airbus SE və Tata Advanced Systems şirkətlərinin tərəfdaşlığı ilə tikilib.
Hindistan ordusunun köhnə donanmasını əvəz edəcək nəqliyyat təyyarələri istehsal edəcək.
Bildirilir ki, 219 milyard rupi (2,6 milyard dollar) dəyərində olan müqaviləyə əsasən, Hindistan 56 ədəd C-295 təyyarəsi alacaq, onlardan 16-sı İspaniyada, qalanı isə Hindistan zavodunda istehsal olunacaq.
İlk təyyarə 2026-cı ildə təhvil veriləcək, son partiyanın isə 2031-ci ilin avqustunda təhvil veriləcəyi gözlənilir.
C-295 təyyarəsi 71 hərbçi və ya 9 tona qədər yük daşıya biləcək ki, bu da artıq istismar müddətini başa vurmaqda olan köhnəlmiş Avro və Sovet An-32-ni əvəz etməyə kömək edəcək.
Günay