“USA Today” prezident seçkilərində namizədləri dəstəkləməkdən imtina edib

  • By Günel
  • 29 Oktyabr 2024 09:14

ABŞ-ın daha bir böyük qəzeti olan “USA Today” qarşıdan gələn prezident seçkilərində namizədlərin hər hansı birini dəstəkləməkdən imtina edib.

Gununsesi.info xəbər verir ki, bununla belə “Fox News”a açıqlama verən qəzet rəsmisi redaktorların dövlət və ya yerli səviyyədə namizədlərdən hər hansı birini dəstəkləmək hüququna malik olduqlarını bildirib.

Qeyd edək ki, 2020-ci ildə keçirilən seçkilərdə qəzet hazırkı prezident Co Baydenin namizədliyini dəstəkləyib.

Gununsesi.info