Alman dissidenti İranda edam etdilər

Alman dissident Cəmşid Şarmahdı “terror əməliyyatlarına rəhbərlik etmək” ittihamı ilə edam edilib.

Gununsesi.info  xarici mediaya istinadən xəbər verir ki, Sharmahd keçən il ABŞ-da monarxist tərəfdarı olan qrupa rəhbərlik etməkdə günahlandırılaraq ölüm cəzasına məhkum edilib.

Bildirilir ki, o, özü bu ittihamları rədd edib, ailəsi isə onun yalnız sözçüsü olduğunu iddia edib.

Almaniyanın xarici işlər naziri deyib ki, Berlin dəfələrlə Tehrana bir alman vətəndaşının edamının “ciddi nəticələrə səbəb olacağı” barədə xəbərdarlıq edib.

Şarmahdın 2020-ci ildə Dubayda İran agentləri tərəfindən qaçırıldığı və daha sonra Oman vasitəsilə zorla İrana aparıldığı güman edilirdi.

Orxan Saffari

Gununsesi.info