Gəncədə yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan piyada ölüb

Gəncədə yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan piyada ölüb.

Gununsesi.info xəbər verir ki, oktyabrın 28-də Gəncə şəhərində “Mercedes Sprinter” avtomobili tərəfindən vurulan piyada, 1988-ci il təvəllüdlü V.Əliyev almış olduğu bədən xəsarətlərindən müalicə olunduğu xəstəxanada vəfat edib.

Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

 

 

Gununsesi.info