
Livanın səhiyyə nazirliyi bildirib ki, İsrailin Livanın şərqindəki Bekaa vadisinə hücumları nəticəsində azı 60 nəfər ölüb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, rəsmilər, Baalbek bölgəsində 12 bölgəni hədəf alan zərbələr nəticəsində ölənlər arasında iki uşaq olduğunu da bildirib.
Nazirlik, Hizbullahın qalası olan vadidə xilasetmə işlərinin hələ də davam etdiyini bildirərək, 58 nəfərin yaralandığını bildirib.
İsrail ordusu hələlik heç bir şərh verməyib.
Orxan Saffari