Gəncədə maşın vuran piyada xəstəxanada ölüb

  • By Günel
  • 29 Oktyabr 2024 09:18

Gəncə şəhərində avtomobilin vurduğu piyada xəstəxanada ölüb.

Gununsesi.info – nun məlumatına görə, oktyabr ayının 28-də Gəncə şəhərində “Mercedes Sprinter” markalı avtomobil tərəfindən vurulan piyada, 1988-ci il təvəllüdlü Vasif Əliyev almış olduğu bədən xəsarətlərindən müalicə aldığı xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info