
İsrailin baş naziri Benyamin Netanyahu İsrailin Suriyanın cənubunu işğalının daimi olacağı mesajını verib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, “Biz yeni rejimin Dəməşqin cənubundakı əraziyə daxil olmasına icazə verməyəcəyik”, – deyə Netanyahu bildirib.
İran rejiminin İsraili boğmağa çalışdığını ifadə edən Netanyahu, “İrana böyük zərbələr vurduq” da eyib.
Netanyahu qeyd edib ki, onlar İranın raket istehsal imkanlarına ziyan vurublar, lakin onların son məqsədi onun nüvə silahı əldə etməsinin qarşısını almaq olub.
Qəzzada Həmas ilə İsrail arasında əldə olunan atəşkəs və məhbus mübadiləsi razılaşmasına toxunan Netanyahu, müharibənin məqsədlərinə sadiq olduqlarını və bütün məhbusların geri qaytarılmasını təmin edəcəklərini iddia edib.
Netanyahu ABŞ prezidenti Donald Trampın açıqlamalarının əsirlərin vaxtından əvvəl azad edilməsini təmin etdiyini bildirib və göndərilən silahlar, xüsusilə də yüksək tonajlı bombalar üçün Trampa təşəkkür edib.
Netanyahu çıxışı zamanı HƏMAS-ın cənazələrini təhvil verdiyi israilli məhbuslardan Bibas ailəsinin fotosunu göstərib və mərasimə qatılanların “Niyə onları xilas etmədin?” şüarları ilə etiraz edib.
Orxan