Zelenskinin yubiley mesajı: "Üç il müqavimət, üç il qəhrəmanlıq"

Dördüncü ilinə qədəm qoyan Rusiya-Ukrayna müharibəsi ilə bağlı açıqlama verən Ukrayna lideri Zelenski “Ukraynalıların üç illik mütləq qəhrəmanlığı” mesajını paylaşıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Zelenski sosial media hesabında paylaşım edərək, “Üç illik müqavimət. Üç il şükür. Ukraynalıların üç illik mütləq qəhrəmanlığı. Mən Ukrayna ilə fəxr edirəm!” yazıb.

Zelenski ukraynalıların müharibə zamanı cəbhə xəttində və gündəlik fəaliyyətlərini əks etdirən videonu da paylaşaraq əlavə edib:

“Onu qoruyan və kömək edən hər kəsə təşəkkür edirəm”.

Orxan

Gununesi.info