
Sabirabadda rayonu ərazisində baş verən ağır yol qəzasında üç nəfər ölüb.
Gununsesi.info xəbər verir ki, hərəkətdə olan yük maşını “QAZ-2104” markalı avtomobillə toqquşub.
Qəza nəticəsində Sabirabad rayonunun Nizami kəndinin sakinləri 2000-ci il təvəllüdlü Hümbətov Fərid Amil oğlu, 2001-ci il təvəllüdlü Məmmədli Cəmil Vüqar oğlu və 2010-cu il təvəllüdlü Məmmədli Nihad Mahir oğlu ölüblər.
Faktla bağlı araşdırma aparılır.