
Avstraliya polisi 2001-ci ildə öldürülən və cəsədi tapılmayan britaniyalı turist Peter Falconionun sümüklərinin tapılması ilə bağlı məlumat verən hər kəsə 500 min dollar mükafat veriləcəyini açıqlayıb.
Gununsesi.info xəbər verir ki, ABC News un məlumatına görə, Şimal Ərazisi əyalət polisi 2001-ci ilin iyulunda öldürülən, lakin cəsədi tapılmayan Falconionun sümüklərini tapmaq üçün işlərini davam etdirir.
Polis rəsmisi Mark Grieve, kiminsə Falconionun qalıqlarını tapmağa kömək edəcək məlumat verə biləcəyinə ümid etdiklərini və bu şəxsə 500.000 dollara qədər mükafat təklif edəcəklərini söylədi.
Grieve daha əvvəl 250 min dollar civarında mükafat təklif etdiklərini, lakin prosesi sürətləndirmək üçün məbləği artırdıqlarını, Falconionu öldürən Bradley John Murdochun ingilis turistin cəsədini harada gizlətdiyi ilə bağlı sualları cavabsız qoyduğunu bildirib.
***
İngilis turist Falconio 24 il əvvəl sevgilisi Joanne Lees ilə Avstraliyaya gəlmişdi. Cütlük Alice Springsdən 300 kilometr şimalda magistral yolda Bredli Con Murdoch tərəfindən dayandırılmışdır.
Avtomobilinin mühərrikində problem olduğunu deyən Murdoch arxadan gələn Folconionu güllələyərək öldürüb, Lisin əl-başını bağlayıb.
Lees Murdochdan qaçmağı bacarıb, Falconio isə həyatını itirib.
Murdich sonradan tutuldu və 2005-ci ildə o, qətl və adam oğurluğuna cəhddə təqsirli bilinərək ömürlük həbs cəzasına məhkum edildi.
Polis Falconionun cəsədini tapa bilməyib, Murdoch isə britaniyalı turistin cəsədini harada gizlətdiyini açıqlamayıb.
Günel