Təltif olunan zabitlər göstərilən etimada görə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildirib, göstərilən etimadı doğruldacaqlarını əminliklə ifadə ediblər.

Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 25-də imzaladığı sərəncama əsasən, polkovniklər Məhərrəmov İdris Mustafa oğlu, Xəlilov Vasif Tofiq oğlu, Kazımov Elnur Sadıq oğlu və Əliyev Elgün Aqil oğluna general-mayor ali hərbi rütbəsi verilib.