
Göygöldə gənc oğlan göldə boğulub.
Gununsesi.info xəbər verir ki, hadisə rayonun Üçtəpə kəndi ərazisində qeydə alınıb.
Belə ki, sözügedən kənd ərazisində olan göldə 2007-ci il təvəllüdlü S.Məmmədov batıb. Həmin şəxs yaxınlıqdakıların köməkliyi ilə göldən çıxarılaraq xəstəxanaya aparılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.