Kəlbəcərdə avtomobil dərəyə aşdı - Ölən var

  • By Günel
  • 26 İyun 2025 09:35

Kəlbəcər rayonunda bir nəfərin ölümü ilə nəticələnəm yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, Tovuz rayon sakini 1998-ci il təvəllüdlü Orxan Mustafayev rayon ərazisində idarə etdiyi “HOVO” markalı yük avtomobilinin idarəetməsini itirib.

Nəticədə maşın çaya aşıb. Qəza zamanı sürücü O.Mustafayev hadisə yerində ölüb. Məlumat üçün bildirək ki, sürücü Kəlbəcər rayonunda fəaliyyət göstərən şirkətlərin birində sürücü işləyirdi.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info