
İndoneziyada aktiv vulkanın kənarında gəzintiyə çıxan 26 yaşlı turist 600 metrlik qayadan yıxılaraq yoxa çıxıb. Onun cansız bədəni dörd gün sonra tapılıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, İndoneziyada Rinjani vulkanında gəzinti zamanı qayalardan yıxılaraq itən braziliyalı turist Juliana Marinsin cansız cəsədi tapılıb.
Gənc qadın kraterin ətrafındakı cığırla gedərkən 600 metrlik qayadan yıxılıb.
Braziliya Xarici İşlər Nazirliyindən verilən açıqlamada, Marinlərin şənbə günü itkin düşməsindən sonra başladılan axtarış işlərinin çətin hava şəraiti, palçıqlı torpaq və görmə qabiliyyətinin aşağı olması səbəbindən çətinliklə davam etdiyi bildirilib.
Nazirlik bildirib ki, proses boyu Braziliyanın Cakartadakı səfirliyi yerli hakimiyyət orqanları ilə koordinasiyalı şəkildə axtarış-xilasetmə işlərini yaxından izləyib.
İndoneziya Axtarış və Xilasetmə Agentliyinin direktoru Mohammad Syafii, Marinsin cəsədinin 600 metr dərinlikdə tapıldığını və yoxlamalar zamanı “heç bir həyat əlamətinin tapılmadığını” açıqladı.
Səlahiyyətlilər, axtarış zamanı termal görüntüləmə aparan dronlardan istifadə edildiyini bildirdi.
Marinsin ailəsi sosial mediada verdiyi açıqlamada onun ölümünü təsdiqləyib.
Ailə İnstaqramda “Bu gün xilasetmə qrupu Juliana Marinsin olduğu yerə çata bildi. Culiananın sağ olmadığını sizə böyük kədərlə bildiririk” deyə mesaj paylaşıb. Bəyanatda dəstək mesajları və dualara görə təşəkkür edilib.
Braziliya hökuməti faciəvi qəzada həyatını itirən Marinlərin ailəsinə və yaxınlarına başsağlığı verib.
Orxan