Füzulidə yeniyetmə kanalda batdı - Kimliyi məlum olub - YENİLƏNİB

  • By Günel
  • 26 İyun 2025 08:18

Füzulidə su kanalında batan şəxsin kimliyi məlum olub.

Gununsesi.info xəbər verir ki, Füzuli rayonu Kərimbəyli kənd sakini 2009-cu il təvəllüdlü Nağızadə Nihad Vüqar oğlu kənd ərazisindən keçən beton kanalda batıb.

Hazırda faktla bağlı araşdırmalar aparılır.

***

Füzuli rayonunda bir nəfər kanalda batıb.

Gununsesi.info xəbər verir ki, hadisə rayonun Kərimbəyli kəndində qeydə alınıb.

İlkin məlumata görə, kənd sakini olan Nihad adlı yeniyetmə beton kanalda batıb.

Hadisənin hansı şəraitdə baş verdiyi məlum deyil.

Gununsesi.info