
Cənubi Afrikada vəfat edən Zambiyanın keçmiş lideri Lunqu prezident Hiçilemanın dəfnində iştirakını istəməyib. Sabiq prezidentin dövlət cənazəsi keçirmək istəyən Zambiya hökuməti Cənubi Afrikada dəfn mərasiminin keçirilməsinin qarşısını almaq üçün hərəkətə keçib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Cənubi Afrika ölkəsi Zambiyanın keçmiş prezidenti Edqar Lunqunun vəfatından sonra onun cənazəsinin harda basdırılacağı məsələsi böhran yaradıb. Lunqunun ailəsi keçmiş prezidentin həyatını itirdiyi Cənubi Afrika Respublikasında dəfn edilməsi üçün hərəkətə keçərkən, Zambiya Baş prokuroru Cənubi Afrikadakı məhkəməyə müraciət edərək dəfnin dayandırılmasını istəyib.
BBC-nin məlumatına görə, hazırkı prezident Hakainde Hichilema ilə Lunqu arasında düşmənçilik o qədər güclü olub ki, Lunqu ölməzdən əvvəl Hiçilemanın cansız bədəninə yaxınlaşmamağı xahiş edib. Ailənin iddiasına görə, Lunqu vəsiyyət edib ki, prezident Hiçilemanın dəfnində iştirak etməyəcək. Keçmiş prezidentin ailəsi dəfn üçün dövlət dəfn mərasimi keçirmək əvəzinə, Lunqunun Cənubi Afrikada dəfn edilməsi üçün özəl şirkətlə razılaşmaq istəyib. Hökumət isə keçmiş prezidenti dövlət mərasimi ilə dəfn etmək istəyirdi. Buna cavab olaraq Zambiya hökuməti Cənubi Afrika Respublikasında məhkəməyə müraciət edərək dəfn mərasiminin dayandırılmasını istəyib.
Yerli mətbuatın məlumatına görə, Zambiyanın baş prokuroru Mulilo D. Kabeşa bu günə planlaşdırılan dəfn mərasiminin mübahisə həll olunana qədər dayandırılmasını istəyib. Keçmiş prezidentin ailəsi isə dəfn mərasiminin planlaşdırıldığı kimi keçiriləcəyini açıqlayıb. Ailə buna səbəb kimi məhkəmə sənədlərinin alınmamasını göstərib.
Orxan