Tovuzda zəhərlənmə hadisəsi araşdırılır - RƏSMİ

  • By Günel
  • 25 İyun 2025 20:47

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Tovuzda dönərdən zəhərlənmə hadisəsini araşdırır.

Gununsesi.info xəbər verir ki, bu barədə AQTA-dan bildirilib.

“Baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.

Hazırda araşdırma davam etdirilir. Araşdırmaların nəticələri ilə bağlı əlavə məlumat veriləcəkdir”.

Gununsesi.info