
Qida paylama xidmətləri göstərən Amerika texnologiya şirkətinin yüksək vəzifəli direktoru Coşua Entoni Piklz qayıq qəzasında həlak olub.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, ABŞ-nin Kaliforniya və Nevada ştatlarının sərhədində yerləşən Tahoe gölü keçən həftə sonu baş verən faciəvi qəza ilə yenidən gündəmə gəlib.
Şiddətli yay fırtınası zamanı qayığın çevrilməsi nəticəsində səkkiz nəfər ölüb, o cümlədən DoorDash texnoloji şirkətinin yüksək vəzifəli direktoru Coşua Entoni Pikls də.
Hadisə iyunun 21-də göldə gözlənilmədən güclü yay tufanı zamanı baş verib. Qəfil güclü külək və yüksək dalğalar 27 futluq Pickles motorlu qayığı aşırdıb.
Orxan