
Hollandiyanın Haaqa şəhərində NATO-nun Sammiti çərçivəsində çıxış edən ABŞ prezidenti Tramp atəşkəsin İran üçün də böyük qələbə olduğunu deyib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Hollandiyanın Haaqa şəhərində NATO-nun Dövlət və Hökumət Başçıları Sammiti bu gün ikinci gündür davam edir. Rutte, NATO Zirvə Toplantısının son günü öncəsi mətbuata verdiyi açıqlamada, yeni maliyyə öhdəliyinin bir çox ölkə üçün siyasi baxımdan çətin olsa da, Rusiyadan gələn təhdid və mövcud qlobal qeyri-sabitlik səbəbiylə yeganə həll yolu olduğunu bildirdi.
NATO-nun baş katibi Rutte, hədəfin bugünkü liderlər iclasında qəbul ediləcəyinə dair optimist olduğunu vurğulayaraq, ” ABŞ-nin NATO-ya tam sadiq olduğu, 5-ci maddəyə tam sadiq olduğu tam aydınlıqdır. Bu gün Kanadalılar və avropalıların da xərclərini sürətləndirəcəkləri, həm özümüzü, həm də başqalarını müdafiə etməmizə imkan verəcək bir gözlənti var” deyib.
NATO-nun ən mühüm maddəsi hesab edilən 5-ci maddə “Tərəflər Avropa və ya Şimali Amerikada onlardan birinə və ya bir neçəsinə qarşı silahlı hücumun onların hamısına qarşı hücum kimi qiymətləndirilməsi ilə razılaşırlar” deməkdir.
ABŞ Prezidenti Donald Tramp Haaqaya gedərkən ABŞ-nin Air Force One təyyarəsində 5-ci maddə ilə bağlı olub-olmadığını soruşduqda, “Bu, sizin tərifinizdən asılıdır. 5-ci maddənin bir çox tərifi var. Bu, doğru deyilmi? Mən dost olmağa sadiqəm. Həyatları, həyat və təhlükəsizliyi xilas etməyə sadiqəm. Yalnız orada sizə bunun dəqiq bir tərifini verəcəyəm” deyib.
Orxan