Xatırladaq ki, İsrailin Tehrana qarşı həyata keçirdiyi raket və dron hücumları səbəbilə çox sayda sakin ölkənin şimal şəhərlərinə – əsasən Mazandaran və Gilan əyalətlərinə sığınmışdı. Hazırda vəziyyətin nisbətən sabitləşməsi ilə qayıdış prosesində intensivlik müşahidə olunur.

Rəsmilər vətəndaşlara mümkün qədər alternativ yollarla hərəkət etməyi və rəsmi məlumatları izləməyi tövsiyə edir.