TƏBİB: Tovuzda dönərdən zəhərlənənlərin sayı 14-ə çatıb - FOTOLAR - YENİLƏNDİ 3

  • By Günel
  • 25 İyun 2025 19:18
dönər

Tovuzda dönərdən zəhərlənənlərin durumu orta-ağırdır.

Gununsesi.info xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

Bildirilib ki, bu gün saat 16:55 radələrindən başlayaraq 14 nəfər (7-si kişi, 7-si qadın cinsli olmaqla) zəhərlənmə şübhəsilə Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya edilib.

“Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib və vəziyyətləri orta-ağır qiymətləndirilib.

Hazırda onların müalicəsi tibb müəssisəsinin Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsində davam etdirilir”,- məlumatda bildirilib.

***

19:02

Tovuzda dönərdən zəhərlənən 13 nəfərin kimliyi bilinib.

Gununsesi.info onların siyahısını təqdim edir:

1 – Xaliq Əliyev (2022)

2 – Aysu Cəfərova (2007)

3 – Xatirə Musayeva ( 1979)

4 – Ruslan Əmraslanov ( 2008)

5 – Rəvan Eyvazov (2017)

6 – Ramal Eyvazov ( 2013)

7 – Daşdəmir Eyvazov ( 1983)

8 – Pünhanə Əkbərli ( 2006)

9- Emil Kərimli (2016)

10 – Elif Kərimli ( 2018)

11 – Səhanə Əliyeva ( 1997)

12 – Aygün Hüseynova ( 2006)

Daha bir nəfərin şəxiyyəti isə dəqiqləşdirilir. Zəhərlənən şəxslərin əkəsriyyəti bir ailənin üzvləri və qohumdurlar.

***

18:53

Tovuzda dönərdən zəhərlənlərin sayı artır.

Gununsesi.info xəbər verir ki, zəhərlənmə faktı ilə bağlı hazırda 13 Tovuz Rayon Mərkəzi Xəstəxanasında müalicə alır.

Faktla bağlı araşdırmalara aparılır.

***

18:30

Tovuzda dönərdən zəhərlənənlərin sayı 12-yə çatıb.

Gununsesi.info xəbər verir ki, onlar Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Hazırda müəlicələri davam etdirilir.

***

18:16

Tovuz rayonunda dönərdən zəhərlənmə faktı qeydə alınıb.

Gununsesi.info xəbər verir ki, 8 nəfər zəhərlənmə diaqnozu ilə Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Onlar arasında azyaşlı da var, hazırda rayon xəstəxanasında müalicələri davam etdirilir.