Sabirabad sakini həyat yoldaşını və gəlinini bıçaqlayıb

  • By Günel
  • 26 İyun 2025 09:27

Sabirabadda bıçaqlanma hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə Sabirabad rayonunun Beşdəli kəndində qeydə alınıb.

Kənd sakini, 1957-ci il təvəllüdlü Rəvan Sərdar oğlu Hüseynov həyat yoldaşı Beşdəli kənd sakini, 1964-cü il təvəllüdlü Aidə Məhəmməd qızı Hüseynova və gəlini, 1983-cü il təvəllüdlü Lətafət Muxtar qızı Hüseynovanı bıçaqlayıb.

Yaralılar bıçaq xəsarətləri ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

R.Hüseynov polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.(APA)