
İranın şimalındakı Rəşt şəhərinin ətrafına bir neçə partlayış qeydə alınıb.
Gununsesi.info xəbər verir ki, partlayışın səbəbi açıqlanmasa da, bəzi versiyalara görə, bölgəyə PUA hücumu olub.
Digər məlumatlara görə, Tehran, Əsədabad, Həmədan və Çitqarda da bir neçə partlayış səsi eşidilib.
Hava hücumundan müdafiə sistemləri Məşhəd, Şəhr-e-Ray və Kamalşəhrdə də işə salınıb .
Tehranda güclü partlayışları əks etdirən görüntülər artıq mediada yayılıb. Hələlik heç bir rəsmi açıqlama verilməyib. İran rəsmiləri partlayışlar barədə yayılan xəbərləri şərh etməyiblər. Bir neçə PUA-nın hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirildiyi qeyd olunur. Lakin dronların haradan göndərildiyi açıqlanmır.