Tanınmış həkim 100 yaşında vəfat etdi

  • By Admin2
  • 26 İyun 2025 10:20

Əməkdar həkim, tibb elmləri doktoru, professor Nəsibə Hüseynova vəfat edib.

Gununsesi.info xəbər verir ki, tanınmış tibb işçisi 100 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Nəsibə Ağa İsmayıl qızı Hüseynova 1971-1976-cı illərdə Bakıda baş pediator, 1976-2022-ci illərdə Səhiyyə Nazirliyinin baş uşaq qastroenteroloqu olub.

Gununsesi.info