Telefonundakı “keçəl Vance” şəkli onu kədərləndirdi

  • By Admin2
  • 25 İyun 2025 12:10

Norveçli yeniyetmə immiqrasiya rəsmilərinin telefonunda ABŞ vitse-prezidentinin saçsız şəklini tapdıqdan sonra ölkəsinə geri göndərildiyini izah edib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, norveçli bir turist telefonunda ABŞ-nin vitse-prezidenti JD Vance-i saçsız təsvir edən “mem”in tapılmasından sonra ABŞ-a girişinə icazə verilmədiyini iddia edib.

“Mirror” qəzetinin məlumatına görə, 21 yaşlı Mads Mikkelsen immiqrasiya rəsmilərinin telefonunda şəkli tapdıqdan sonra, Nyu-Cersi ştatının Nyuark hava limanında soyunub axtarışa verildiyini və alçaldıldığını bildirib.

Mikkelsen iyunun 11-də hava limanına gələndə sərhəd nəzarətinin əməkdaşları tərəfindən saxlanılaraq kameraya salınıb.

21 yaşlı norveçli Nyu York və Texasdakı dostlarını ziyarət etmək üçün ABŞ-yə gəldiyini, lakin ABŞ immiqrasiya rəsmilərinin əli ilə “təqiblərə və səlahiyyətdən sui-istifadəyə” məruz qaldığını söylədi.

Otağa aparıldıqdan sonra telefonunu təhvil verməsinin necə deyildiyini izah edən Mikkelsen, hava limanında bir çox insanın qarşısında qərəzli davranıldığını, şübhə ilə rəftar edildiyini və alçaldıldığını bildirib. “Onlar məni bir neçə silahlı mühafizəçinin olduğu otağa apardılar, orada ayaqqabılarımı, mobil telefonumu və kürək çantamı verməli oldum” , – deyə Mikkelsen bildirib.

Səlahiyyətlilər gənc norveçlini ABŞ-yə niyə səfər etdiyi və planları ilə bağlı sorğu-sual edib. Turistə birbaşa olaraq narkotik qaçaqmalçılığı, terror planları və sağçı ekstremizm haqqında da sual verilib. Norveçli turist ondan ABŞ-də görüşəcəyi hər kəsin adlarını, ünvanlarını, telefon nömrələrini və peşələrini soruşduğunu da bildirdi.

Mikkelsenin iddiasına görə, o, mobil telefonunun şifrəsini məmurlara verdikdən sonra ona ABŞ-yə girə bilməyəcəyi bildirilib. Buna səbəb onun telefonunda məmurların tapdığı iki şəkli bəyənməməsi olub. Fotolardan biri ABŞ-nin vitse-prezidenti Vansın “keçəl və yumurta başlı” olduğunu əks etdirən şəkil idi.
 

Orxan

Gununsesi.info