Bu polkovniklərə general ali hərbi rütbəsi verildi

Prezident İlham Əliyev Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsinin verilməsi haqqında Sərəncam imzalayıb.

Gununsesi.info xəbər verir ki, Sərəncama əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına general-mayor ali hərbi rütbəsi verilib:

polkovnik İdris Mustafa oğlu Məhərrəmova

polkovnik Vasif Tofiq oğlu Xəlilova

polkovnik Elnur Sadıq oğlu Kazımova

polkovnik Elgün Aqil oğlu Əliyevə.

 

 

 

Gununsesi.info