TƏBİB auditor seçir

  • By Günel
  • 25 İyun 2025 09:31

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tabeliyindəki müəssisələr üzrə 2022-ci ilin birləşdirilmiş maliyyə hesabatlarının kənar auditi xidməti üçün açıq tender elan edib.

Gununsesi.info xəbər verir ki, tenderdə iştirak haqqı 1000 manat təşkil edir.

İddiaçılar təkliflərini iyulun 18-nə qədər TƏBİB-in yerləşdiyi Bakı şəhəri, N.Nərimanov, 206A (“Capital Towers” Biznes Mərkəzi) ünvanına təqdim edə bilərlər.

Təkliflərə həmin gün, saat 16:00-da qeyd olunan ünvanda baxılacaq.

Gununsesi.info