Aeroport yolunda maşın aşıb: ölən və yaralananlar var

  • By Günel
  • 26 İyun 2025 09:25

Bu gecə Bakı şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə aeroport şosesində qeydə alınıb.

Hadisənin baş verməsinə səbəb avtomobilin yüksək sürətlə hərəkətdə olduğu bildirilir.

Şahidlərin sözlərinə görə, hadisə nəticəsində ölən və yaralananlar var.

Təfərrüatla bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə (BŞDYPİ) sorğu verilib.

Gununsesi.info