Putin onun ABŞ-nin dəstəyinə ehtiyacı olmadığını bildirdi - ABŞ geri çəkilir

Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampla son telefon danışığı zamanı faktiki olaraq açıq şəkildə bildirdi ki, onun ABŞ-nin təsdiqi və dəstəyinə ehtiyacı yoxdur.

Gununsesi.info xəbər verir ki, bu barədə CNN telekanalının analitik materialında deyilir.

Kanal bildirir ki, Rusiyanın ABŞ-dən asılı olmayaraq öz şərtləri ilə oyununu oynadığına dair artan işarələr var:

Trampla söhbətindən sonra Putin bir daha müharibənin səbəbləri ilə bağlı özünün köhnə versiyasını vurğuladı: guya günah NATO-nun çox sürətlə genişlənməsindədir.

Bu arada ABŞ-də münaqişədən uzaqlaşmağın tərəfdarı olan səslər getdikcə daha çox eşidilir. “Bu, bizim müharibəmiz deyil”, – deyən vitse-prezident Ceyms Devid Vens ABŞ-nin Ukraynaya davam edən dəstəyini faktiki olaraq şübhə altına aldı. O, vurğulayıb ki, Rusiya sülh sazişi istiqamətində addımlar atmasa, ABŞ diplomatik prosesdən çıxa və Ukraynaya yardımı dayandıra bilər”.

CNN əlavə edir ki, Putinə telefon zəngdən sonra Trampın ritorikası dəyişib:

“Beş gün əvvəl o, özünü Türkiyədə Volodimir Zelenski ilə Putin arasında danışıqları təşkil etməyə hazır vasitəçi kimi təqdim edirdisə, indi ümumi müraciətlə kifayətlənib: “Ukrayna və Rusiya bacardıqca tez danışsın”.

Hətta ABŞ Prezidenti danışıqların keçiriləcəyi məkan kimi Vatikanı təklif edib ki, bu da ABŞ-nin kənara çəkilmək istəyini göstərir. Beləliklə, görünən budur ki, ABŞ geri addım atır. Bu yeni mərhələnin kulminasiyası kimi Tramp etiraf edib ki, Putin həqiqətən onun razılığı və ya dəstəyini axtarmır.

Amerika da öz təsirinin sərhədlərini tanıyır və 1940-cı illərdən bəri ən vacib ola biləcək sülh sazişini Vatikan diplomatiyasına verir”.

Gununsesi.info