
Fransa Senatının Komissiyası, səlahiyyətlilərin ölkədəki “şüşə su qalmaqalında” Nestle Qrupuna qarşı hesabatı dəyişdirdiyini açıqladı.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, milli mətbuatda yer alan xəbərlərə görə, Fransa Senat Komissiyasının “şüşə su qalmaqalı” ilə bağlı apardığı araşdırmanın nəticələri ictimaiyyətlə paylaşılıb.
İstintaq müəyyən edib ki, Fransanın müxtəlif nazirlikləri, Oksitaniya bölgəsi və Səhiyyə Agentliyinin direktoru Didier Jaffre, Nestle Qrupunun tələbi ilə sözügedən şirkət tərəfindən idarə olunan su quyularının sağlamlıq keyfiyyətinə dair hesabatı dəyişdirib.
Senat Komitəsinin hesabatında səlahiyyətlilərin bu dəyişikliklərlə bu sularda illərdir qadağan olunmuş bakteriya, herbisid və bəzən də pestisid qalıqlarını gizlətməyə çalışdığı bildirilib.
Hesabatda Nestle Qrupunun Paris hökumətindən satışa təqdim etdiyi qablaşdırılmış suda qadağan olunmuş təmizləyici sistemlərdən istifadə etməyə davam etmək üçün icazə aldığı və Fransa Prezidentliyinin qrupun ən azı 2022-ci ildən bəri öz qablaşdırılmış suyunu aldatdığını bildiyi, bunun digər mineral su istehsalçıları ilə ədalətsiz rəqabətə səbəb olduğu qeyd edildi.
Orxan