
Argentina Prezidenti Xavyer Miley vətəndaşların valyutanı necə əldə etməsi ilə bağlı məcburi yoxlamaları ləğv etmək niyyətində olduğunu açıqlayıb.
Gununsesi.info xəbər verir ki, bu barədə ölkə rəhbəri A24 telekanalına müsahibəsində bildirib.
Prezident deyib: “Siz heç bir problem olmadan dollardan istifadə edə bilərsiniz və heç kim sizdən heç bir izahat istəməməlidir”.
Hazırda ölkədə xarici valyutadan istifadə zamanı iş adamları onun mənbəyi barədə məlumat vermək tələbləri ilə üzləşir.