Emilie Kiserin 3 yaşlı oğlu dünyasını dəyişib

Emilie Kiserin üç yaşlı oğlu Trigg mayın 12-də Arizonada həyətyanı hovuzda huşsuz vəziyyətdə tapıldıqdan bir neçə gün sonra öldü.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, nüfuzlu influencer Emilie Kiserin 3 yaşlı oğlu Triqqin öldüyünü polis təsdiqləyib.

Chandler Polis Departamentinin sözçüsü Sonu Wasu, PEOPLE-a verdiyi açıqlamada, səlahiyyətlilərin boğulma xəbərinə reaksiya verdikdən sonra Triqqin mayın 12-də xəstəxanaya aparıldığını söylədi.

Vasunun təsdiqinə görə, kiçik oğlan mayın 18-də dünyasını dəyişib.

Polis idarəsindən verilən açıqlamada, “Uşağın ailəsinə və yaxınlarına bu ağlasığmaz anda dərin hüznlə başsağlığı veririk”deyib və istintaqın davam etdiyini bildirilib.

Orxan

Gununsesi.info