
Rusiyada məhkəmə texnologiya nəhəngi “Apple” -ı “LGBT təbliğatı“na görə 7,5 milyon rubl (təxminən 94 min dollar) cərimələyib. LGBT hərəkatı ötən il ölkədə “ekstremist” elan edilib. Şirkət hələlik məsələ ilə bağlı rəsmi açıqlama verməyib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Rusiyada “Apple” LGBT təbliğatına görə 7,5 milyon rubl (təxminən 94 min dollar) cərimələnib.
Paytaxt Moskvada “Apple” a qarşı açılan iddiaya baxılıb.
Məhkəmə “Apple” ın LGBT təbliğatı ilə məşğul olduğuna qərar verib və 7,5 milyon rubl cərimə ödəməyə məcbur edib.
Rusiyada LGBT hərəkatı ötən il terrorçu və ekstremistlər siyahısına daxil edilib.
Günel Həsənova