
Dünyaca məşhur idman geyim markası Adidas, müştərilərinə göndərdiyi məlumat məktubunda onların şəxsi məlumatlarının oğurlandığını açıqladı.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, idman geyim markası Adidas, müştəri məlumatlarının oğurlandığını açıqladı. Adidas tərəfindən göndərilən elektron məktubda müştəri məlumatlarında təhlükəsizlik pozuntusu olduğu açıqlanıb.
“Biz sizin datanıza təsir edə biləcək son problem barədə məlumat vermək üçün sizinlə əlaqə saxlayırıq.” E-poçtda, Adidas-a müştəriləri haqqında bəzi məlumatların icazəsiz üçüncü tərəfə açıqlandığı barədə məlumat verildiyi bildirilib.
“Məlumatlarınızın məxfiliyi və təhlükəsizliyi bizim əsas prioritetimizdir. Bu açıqlamadan xəbərdar olduqdan sonra adidas hadisəni araşdırmaq və məhdudlaşdırmaq üçün fəal və dərhal addımlar atdı. Bu addımlara əlavə təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi və müştəri xidməti hesabları üçün parolların sıfırlanması daxildir”, – e-poçtda deyilir.
Hadisədən sonra müştəri tərəfində hər hansı bir zərərin aşkar edilmədiyi bildirilən açıqlamada həmçinin bildirilib:
“Atmanız lazım olan heç bir təcili addım yoxdur. Bununla belə, diqqətli olun və şübhəli mesajlara diqqət yetirin. Xatırladaq ki, adidas kredit kartı məlumatlarınız, bank hesabı məlumatlarınız və ya parollarınız kimi maliyyə məlumatlarınızı istəmək üçün heç vaxt sizinlə birbaşa əlaqə saxlamayacaq”.
Orxan