
ABŞ Senatı Çarlz Kuşnerin ABŞ-ın Fransadakı səfiri vəzifəsinə namizədliyini təsdiqləyib.
Gununsesi.info xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Çarlz Kuşner sabiq prezident Donald Trampın qızı İvanka Trampın qayınatası, yəni Trampın kürəkəni Cared Kuşnerin atasıdır.
Senatda keçirilən səsvermə zamanı 51 senator onun lehinə, 45 senator isə əleyhinə səs verib.
Çarlz Kuşner daşınmaz əmlak sahəsində fəaliyyət göstərən iş adamıdır. Onun oğlu Cared Kuşner İvanka Trampla evlidir.
2020-ci ildə, Donald Trampın prezidentliyi dövründə, Kuşner Tramp tərəfindən əfv edilib. Xatırladaq ki, Çarlz Kuşner 2005-ci ildə federal ittihamlar üzrə məhkum olunmuşdu. O, 16 maddə üzrə vergidən yayınma, bir federal şahidə təzyiq göstərmə və Federal Seçki Komissiyasına yalan ifadə vermə ittihamlarını etiraf etmişdi.
Bundan başqa, son günlərdə Serbiyada bir keçmiş məmurun saxta sənədlər hazırlamaq şübhəsi ilə saxlanıldığı məlum olub.
Bildirilir ki, bu saxtakarlıq ABŞ prezidentinin kürəkəni Cared Kuşnerin firmasının Belqradda lüks otel və yaşayış kompleksi tikintisini asanlaşdırıb.
Şəbnəm